PAŞ sədrinin Şuşa təəssürtaları

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli də iştirak edib. Fərid Cəfərli Şuşadan öz təəssüratlarını paylaşıb: “Ömrümün 33 yaşında Şuşanı görmək qismət oldu. Kitablara yazmaqla bitib tükənməyən heyrətamiz hisslər yaşadım bu gün. Pənahəli Xanın, Molla Pənah Vaqifin, Xan Şuşinskinin, Bülbülün və adını çəkmədiyim saysız-hesabsız ziyalılarımızın ruhu yaşayır bu torpaqlarda. Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa, səni sevmək Azərbaycanı sevməkdir. Dağlarının başı dumanlı Şuşa, yaylağı sərin Şuşa, anatək şirin Şuşa. Bura Şuşadır, dünyanın ruhu dincələn, zövqü incələn yeridir. Burada qəlblər yuxalır, məhəbbət çoxalır. Bura bayrağımız sancılan Şuşadır. Bayrağımıza baxıb sancılanan düşmənin bu torpaqlara ayaq basmağına peşman edən bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Ölkəmin qəlbi Şuşa, hər yerdən qəlbi Şuşa!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *