Fərid Cəfərliyə Şuşada “Diaspor fəaliyyətində xidmətə görə” medalı  təqdim edilib

Xəbər verildiyi kimi, 2022-ci ilin 5 yanvarında Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı çərçivəsində medal Fərid Cəfərliyə təqdim edilib. Fərid Cəfərli bu münasibətlə öz təəssüratlarını və sevincini bölüşüb: “Təltif mərasiminin qədim Şuşamızda baş tutmasının mənim üçün bir başqa zövqü var idi. Bu torpağa sevgi, hörmət, qələbə yaraşır!
Əziyyətimizə verilən diqqətə görə, fəaliyyətimizə verilən stimula görə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov başda olmaqla, keçmişdə və hal-hazırda işləyən bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *